Sumqayıtda yaşayış binası yanır
1386
30 Jan 2026 | 16:24

Sumqayıtda yaşayış binası yanır

Sumqayıt şəhərində yaşayış binasında yanğın başlayıb.

Moderator.az xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzillərdən birində baş verib.

Yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Link kopyalandı!
Son xəbərlər