01:58
5°C
Bakı
Göygöldə yol nəqliyyat hadisəsi baş verib.
Moderator.az-ın məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai" və "KİA" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1984-cü il təvəllüdlü R. Heydərzadə və 1991-ci təvəllüdlü Ş. Tağıyev xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.