Yolda sürət yarışı təşkil edən sürücülər saxlanıldı
Hadisə
187
12:20, Bu gün

Yolda sürət yarışı təşkil edən sürücülər saxlanıldı

Bakı–Şamaxı avtomobil yolunun 14-cü kilometrliyində sürət yarışı təşkil edən sürücülər saxlanılıb.
 
Bu barədə Moderator.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal araşdırma başlanılıb.
 
Müəyyən edilib ki, 23 yanvar 2026-cı il tarixində X. Hümbətovun idarə etdiyi "Chevrolet Cobalt"markalı, 90-YD-792 dövlət qeydiyyat nişanlı avtomobil ilə R. Qədimovun idarə etdiyi eyni markalı, 90-YH-208 dövlət qeydiyyat nişanlı avtomobil arasında sürət yarışı təşkil edilib, bu zaman yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradılıb.
 
Faktla bağlı Yol-Patrul Xidməti əməkdaşları tərəfindən hər iki sürücü saxlanılıb və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər