Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə gizlənibmiş
Hadisə
194
11:04, Bu gün

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə gizlənibmiş

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Türkiyədə yeri müəyyən olunub. 
 
DİN-in mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, oğurluq maddəsi ilə başlanmış cinayət işi üzrə Qazax RPŞ tərəfindən axtarışda olan Budaqov Ozan Çingiz oğlu İnterpol kanalları vasitəsilə saxlanılıb. 
 
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər