23:40
7°C
Bakı
Gürcüstanda Marneuli bələdiyyəsinin Baydar kəndi yaxınlığında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az InterPress.ge-yə istinadən xəbər verir ki, avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər həyatını itirib, daha iki nəfər isə ağır yaralanıb.
Qəza nəticəsində azərbaycanlılar - Üfiq Bədəlov və Ümid Adıgözəlov həlak olublar. Məlumata görə, hər ikisinin 23 yaşı var idi.
Hadisənin gəlin aparmaq üçün yola çıxan toy karvanının avtomobillərinin bir-biri ilə yarışması nəticəsində baş verdiyi bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.