Sumqayıtda dörd avtomobil toqquşub
Hadisə
128
19:40, Bu gün

Sumqayıtda dörd avtomobil toqquşub

Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Moderator.az xəbər verir ki, İsmət Qayıbov küçəsində baş verən qəza zamanı 4 avtomobil toqquşub.

Qeyd olunub ki, 69 yaşlı Yaşar Qurban oğlu Xəlilovun idarə etdiyi 50-CL-214 dövlət nömrə nişanlı və Eldəniz Engəz oğlu Abbasovun idarə etdiyi 99-LZ-780 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobillər 1957-ci il təvəllüdlü Seymur Baba oğlu Nağıyevun idarə etdiyi "Haima" markalı maşınla toqquşub.

Nəticədə "Haima" markalı avtomobil yol kənarında dayanan 1957-ci il təvəllüdlü Mustafa Məmməd oğlu Şəfiyevin idarə etdiyi "Opel" markalı, 99-BZ-481 dövlət nömrə nişanlı maşına çırpılıb.

Hadisə nəticəsində Yaşar Xəlilov xəsarət alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər