Uyğunsuzluq aşkarlanan araxis məhsulunun satışa çıxarılmasının qarşısı alınıb
Hadisə
116
17:30, Bu gün

Uyğunsuzluq aşkarlanan araxis məhsulunun satışa çıxarılmasının qarşısı alınıb

"MORS TRADING" MMC-nin Özbəkistandan idxal etdiyi təmizlənmiş araxis məhsuluna baxış keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, laborator müayinə nəticəsində Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

Üç ton məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyaları məhv edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər