17:31
7°C
Bakı
2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Moderator.az xəbər verir ki, bu, Baş Prokurorluqda keçirilən 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair Geniş Kollegiya iclasında qeyd edilib.
Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub, onlardan 71 nəfəri həlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.