İmişlidəki ölüm hadisəsində adı çəkilən qadınla bağlı DETALLAR MƏLUM OLDU
Hadisə
176
27 Jan 2026 | 23:37

İmişlidəki ölüm hadisəsində adı çəkilən qadınla bağlı DETALLAR MƏLUM OLDU

Yanvarın 26-da İmişlidə yanan evdə kişi meyiti tapılıb. Hadisə ilə bağlı yeni detallar məlum olub.

Belə ki, Sədrəddin Fərəcovu qəsdən öldürməsinə əsaslı şübhələr ortaya çıxaraq haqqında cinayət işi başladılan Elnarə Cəfərova əvvəllər İmişli Rayon Mərkəzi Xəstəxanasında işləyib.

Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, İmişlidə pul qarşılığında evlərə gedib təmizlik işləri görürmüş.

Qətlə yetirilən İmişli rayonu Qaradonlu kənd sakini Fərəcov Sədrəddin Qüdrət oğlu isə bir ay əvvəl İmişlinin mərkəzində yaşamaq üçün kirayə mənzilə köçüb.

Link kopyalandı!
Son xəbərlər