54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktoru barədə qərar qəbul edilib
Hadisə
131
16:45, Bu gün

54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktoru barədə qərar qəbul edilib

Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevlə bağlı hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramin İsayev 4 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. SOCAR-ın mülki iddiası təmin edilib. Həmçinin təqsirləndirilən şəxsin əmlakları müsadirə olunacaq. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsimdə çəkəcək.

Ramin İsayev 54 milyon manat mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham verilib.

R. İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər