Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbs müddəti uzadılıb
Hadisə
130
16:20, Bu gün

Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbs müddəti uzadılıb

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verilib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı təqdimatlara Xətai Rayon Məhkəməsində baxılıb.

Vəkil Cavad Cavadlı bildirib ki, bu gün keçirilən proseslərdə dəstə üzvlərinin hər biri barəsində olan həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Cavad Cavadlı müdafiə etdiyi Rusiya vətəndaşı ilə bağlı qərardan apellyasiya şikayəti verəcəyini deyib.

Qeyd edək ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 28 oktyabrda Xətai Rayon Məhkəməsinin qərarı ilə onların həbs müddəti 3 ay uzadılmışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər