Şəmkirdə ağır yol qəzası - Ata öldü, azyaşlı oğlu xəsarət aldı
Hadisə
214
10:20, Bu gün

Şəmkirdə ağır yol qəzası - Ata öldü, azyaşlı oğlu xəsarət aldı

Şəmkir rayonunda bir nəfərin ölümü və daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
 
Moderator.az xəbər verir ki, rayonun İrmaşlı kənd sakii, 1992-ci il təvəllüdıü Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ-2110" markalı avtomobil Şəmkir-Şiştəpə kənd yolunda qarşı tərəfdən hərəkət edən Şiştəpə kənd sakini, 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə toqquşub. 
 
Qəza zamanı V. Rüstəmli hadisə yerində ölüb. Avtomobildə olan  2020-ci il təvəllüdlü Adəm Rüstəmli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Beş yaşlı yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. 
 
Faktla bağlı araşdırma başlanılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər