Heydər Əliyev prospektində hərəkətdə olan yük avtomobilinin təkərləri çıxdı
Hadisə
299
18:30, Bu gün

Heydər Əliyev prospektində hərəkətdə olan yük avtomobilinin təkərləri çıxdı

Bakıda, Nizami rayonunun Heydər Əliyev prospektində hərəkətdə olan yük avtomobilinin təkərləri yerindən çıxıb.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumat yayıb.

"Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınan bu hadisədən hər bir sürücü nəticə çıxarmalıdır. Sürücülər bilməlidirlər ki, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı yoxlanılmalı və yaranmış porblem həll edilməlidir. Əks təqdirdə qəzaların baş verməsi qaçılmaz olacaq", - məlumatda bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər