Zaqatalada 27 yaşlı oğlan anasının adına açdığı hesabla qumar oynadı, qazancı müsadirə edildi
Hadisə
288
16:47, Bu gün

Zaqatalada 27 yaşlı oğlan anasının adına açdığı hesabla qumar oynadı, qazancı müsadirə edildi

Zaqatala rayonunda qumar oyunlarında iştirak edən 27 yaşlı oğlan inzibati məsuliyyətə cəlb olunub.

Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, Zaqatala rayon sakini, 1999-cu il təvəllüdlü Telman Vəliyev (ad-soyad şərti verilib - red.) mərc saytlarından birindən özünə və anasına məxsus telefon nömrələri ilə qeydiyyatdan keçib.

O, yaratdığı profillərdən qumar oynayıb, qazandığı qanunsuz pulları isə özünə məxsus bank kartından çıxarıb.

Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Müəyyən edilib ki, o, mərc saytlarından birində hesabdan 100 manat qazanc əldə edib.

Araşdırmalar zamanı məlum olub ki, o, daha əvvəldə bu yolla 15 min manat qazanc əldə edib.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 3 min manat cərimə edilib. Onun qazanc kimi əldə etdiyi 100 manat isə müsadirə edilib.

Protokolda qeyd olunan 15 min manat qazanc isə sübuta yetirilməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər