Xətai rayonunda soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Hadisə
112
16:24, Bu gün

Xətai rayonunda soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO

Xətai rayonu, M.Hadi küçəsində paytaxt sakini olan bir nəfərin mobil telefonu naməlum şəxslər tərəfindən talama yolu ilə əlindən alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu barədə zərərçəkən şəxsin polisə şikayəti daxil olub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri 21 yaşlı Surxay Əliyev və həmyaşıdı Mirvəli Seyidov saxlanılıblar.

Cinayət anı təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər