İş yoldaşının kartından onlayn yolla oğurluq edən şəxs saxlanılıb
Hadisə
38
13:20, Bu gün

İş yoldaşının kartından onlayn yolla oğurluq edən şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində bir nəfərin bank kartından 1200 manat pul oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

DİN-in mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N.Ataşov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin zərərçəkənin iş yoldaşı olduğu və onun telefonundan mobil tətbiq vasitəsilə ödənişi öz hesabına köçürdüyü müəyyən edilib.

Araşdırma davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər