Buz bağlayan yolda qalan minik avtomobillərinə köməklik göstərilib - VİDEO
Hadisə
1740
25 Jan 2026 | 13:10

Buz bağlayan yolda qalan minik avtomobillərinə köməklik göstərilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonu ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Moderator.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Jeep" və "Mitsubishi" markalı minik avtomobillərinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.

 

Link kopyalandı!
Son xəbərlər