Evdən 29 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
Hadisə
31
13:00, Bu gün

Evdən 29 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Yasamal rayonu ərazisində naməlum şəxs evlərdən birinin qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olub və ev sahibinə məxsus 900 manat, həmçinin 29 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

DİN-in mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər soyğunçuluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı M.Hüseynova müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər