Bizi sosial şəbəkələrdən izləyin:
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata əsasən, hərəkətdə olan “KİA” markalı minik avtomobili qoşqulu traktora çırpılıb. Qəzanı görən “Qazel” markalı yük avtomobili isə idarəetməni itirərək əvvəlcə dəmir arakəsməyə, daha sonra yolun kənarına aşıb.
Qəza nəticəsində “KİA” markalı avtomobilin sürücüsü, Goranboy sakini, 1994-cü il təvəllüdlü R. Gülməmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. /Lent.az/