Hadisə
94
16:52, Bu gün

"TikTok"da deputatları və icra başçılarını söyən şəxs HƏBS OLUNDU

"TikTok" sosial şəbəkəsində millət vəkillərinin, icra başçılarının və digər məmurların ünvanına söyüşlər yazan şəxs həbs olunub.
 
Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1988-ci ildə Göyçay rayonunda anadan olmuş T.S. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə protokol tərtib edilib. İşə məhkəmədə baxılıb.
 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs "TikTok"da "TeymurSalahov023" istifadəçi adı ilə millət vəkillərinin, icra başçılarının və digər məmurların ünvanına söyüşlər yazıb.
 
Məhkəmənin hökmü ilə T.S. 10 gün inzibati həbs olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər