12:03
6°C
Bakı
Ağdaşda 3 həftə əvvəl avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb.
Moderator.az-ın məlumatına görə, piyadanın ağır xəsarət alması ilə nəticələnən hadisə ötən il dekabr ayının 29-da Ağdaş rayonunun Pirəzə kəndinin ərazisində baş verib.
Belə ki, Tərlan Məmmədov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə yolu keçən piyada, 1974-cü il təvəllüdlü Oktay Əsədovu vuraraq ona çoxsaylı bədən xəsarətləri yetirib.
Xəstəxanaya yerləşdirilmiş O.Əsədov həkimlərin cəhdlərinə baxmayaraq orada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.