20:08
5°C
Bakı
Qaradağ rayonunda "Qobu Park-3" yaşayış kompleksində yaşayan insanlar üçün beş il əvvəl hazırlanan uşaq bağçası hələ də istifadəyə verilməyib.
Bağça lazımi avadanlıqlarla təmin olunmasına baxmayaraq, hələ də işləmir.
Sakinlər İctimai TV-yə bildirirlər ki, onlar aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.
Həmçinin qeyd edirlər ki, övladlarını uzaq məsafədə olan bağçalara qoymağa məcbur olurlar.