Kişi ailə üzvünün vurduğu iynədən şoka düşərək öldü
Hadisə
246
10:20, Bu gün

Kişi ailə üzvünün vurduğu iynədən şoka düşərək öldü

Bakıda iynə vurulan kişi şoka düşərək ölüb.
 
Moderator.az-ın məlumatına görə, hadisə yanvarın 22-də gecə saatlarında paytaxtın Binəqədi rayonunda baş verib.
 
Rayon sakini,1966-cı il təvəllüdlü Vüqar Qulamhəsən oğlu Məmmədovun səhhətində problem yaranıb. Ailə üzvlərindən biri ona həkim tərəfindən təyin edilməyən antibiotiki inyeksiya yolu ilə yeridib.
 
İynədən dərhal sonra halı pisləşən kişi dünyasını dəyişib.
 
Faktla bağlı araşdırmalar aparılır.
 
Link kopyalandı!
Son xəbərlər