20:02
4°C
Bakı
Gəncədə dəmiryolçular parkında yanğın başlayıb.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, parkın içərisində boş olan köhnə tikili hələlik bilinməyən səbəblərdən alışıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub.
Yanğın qısa müddət ərzində söndürülüb.