Gəncə şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Moderator.az xəbər verir ki, hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilən prosesdə şahidlərin bir neçəsinin ifadələri alınıb.
Proses təxminən 3 saatdan artıq davam edib. Ümumilikdə isə proses üzrə 30 dan artıq şahid var. Şahidlərin hissə-hissə məhkəməyə çağrılacağı gözlənilir.
Gültən Quliyeva ifadə verib. O, ifadəsində bildirib ki, Gündüz Abbasovu tanımadığını amma Kamran Əsədovu tanıdını bildib. O ifadəsində qeyd edib ki, övladının buraxlış imtahanından az bal toplayıb. K. Əsədovu ekspert kimi tanıdğını və ondan övladının kollecə belə qəbul olmasında kömək istəyib. K. Əsədov isə öz növbəsində kömək edəcəyini hətta universitetə qəbul olacağını deyib. Bunun müqabilində K. Əsədova15 min manat ödədiyib. Ödənişini şəxsən özü verib. G. Quliyeva K. Əsədovun köməkçisi olan Bəhman adlı şəxsin ona məhkəməyə getməməsi üçün təsir etdiyini deyib. Ona səs votsap üzərindən səs yazısı atdığını bildirib. Hakim G. Quliyevadan səs yazısını təqdim edilməsini istəyib. Həmçinin şahidin oğlunun Gəncə şəhərinə göndərildiyi imtahan ərəfəsində övladının geyim əşyalarına avadanlıq quraşdırıldığını bilib. Sonradan pul geri istənilsədə K. Əsədov məbləği qaytarmaq istəməyib. Lakin qadın ibtidai istintaqa çağrıldıqdan sonra K. Əsədov 15 min manatı geri qaytarıb.
Daha sonra, Bəhmən Hüseyinli hakimə ifadə verib. Onun şahidlərə hansı səbəbdən təsir etdiyini soruçub. Lakin B. Hüseyinli hakimin sualına tam cavab verə bilməyib. Ardından B. Hüseyinlidən avadanlıqların kimin vaistəsi ilə hazırlandığı və necə quraşdırılması soruçulub. B. Hüseyinli isə bildirib ki, avadanlıqların mahiyyətini bilməyib, həmin şəxslərin K. Əsədovun ofisində məşq edildiyini görüb. Amma pulun verilməsi zamanı olmadığını deyib.
Məlumat üçün bildirək ki, B. Hüseyinli K. Əsədovun qaynıdır. Növbəti məhkəmə prosesi sabah saat 14-00 a təyin olunub.