Bakıda 19 yaşlı motosikletçi qəzada öldü
Hadisə
120
10:30, Bu gün

Bakıda 19 yaşlı motosikletçi qəzada öldü

Bakıda 19 yaşlı oğlan yol qəzasında həlak olub.
 
Moderator.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində qeydə alınıb.
 
32 yaşlı Şəfizadə Tural Cəmşid oğlunun idarə etdiyi “Renault Megane” markalı avtomobillə 19 yaşlı Səfərli Ramal Elnur oğlunun idarə etdiyi “İhondza FX32” markalı motosiklet toqquşub. Nəticədə motosiklet sürücüsü aldığı xəsarətlərdən ölüb.
 
Faktla bağlı cinayət işi başlanıb.
Link kopyalandı!
Son xəbərlər