Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda iki ünvanda dəm qazından zəhərlənmə hadisəsi olub.
Moderator.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Əhmədzadə Əhmədəli Sahib oğlu yaşadığı Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə küçəsində yerləşən evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, 2006-cı il təvəllüdlü Rzayev Fərəc Nazim oğlu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, bina 25 ünvanında hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.