İrandakı etiraz aksiyalarında ölənlərin sayı rekord həddə çatdı - Qandonduran rəqəmlər
Hadisə
155
21 Jan 2026 | 23:52

İrandakı etiraz aksiyalarında ölənlərin sayı rekord həddə çatdı - Qandonduran rəqəmlər

İran hakimiyyəti ölkədə 28 dekabr 2025-ci ildən başlayan iqtisadi etirazlar zamanı baş verən hadisələrdə ölənlərin sayını açıqlayıb.

Moderator.az xəbər verir ki, İranda etirazlar zamanı baş verən zorakılıqlar nəticəsində 3 min 117 nəfər həyatını itirib. Bu məlumatı İran Şəhid və Qazilər Fondunun Məhkəmə-Tibb İdarəsi yayıb.

Həyatını itirənlərin 2 min 427 nəfəri “silahlı terror qrupları” tərəfindən öldürülən təhlükəsizlik qüvvələri və mülki şəxslərdir. Ölənlərin əksəriyyətinin isə “silahlı hücumlar və terror aktları nəticəsində yoldan keçən vətəndaşlar və etiraz zamanı hədəfə alınan nümayişçilər” olduğu bildirilib.

Qeyd edək ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehrandakı Böyük Bazarda başlayıb və ölkənin bir çox şəhərinə yayılıb. Etiraz aksiyalarının kütləviləşdiyinə görə, 8-9 yanvar tarixlərində ölkədə internetə çıxış məhdudlaşdırılıb. 

ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Agentliyi (HRANA) isə İranda etiraz aksiyaları zaman ölənlərin sayının 4 min 519 nəfər olduğunu açıqlayıb. 

İran lideri Ayətullah Əli Xamenei isə etirazlar zamanı “İsrail və ABŞ-la əlaqəli şəxslərin ölkəyə böyük ziyan vurduğunu və bir neçə min insanın öldüyünü” deyib.

Link kopyalandı!
Son xəbərlər