16:16
4°C
Bakı
Əməkdar artist İlqar Cahangirə ağır itki üz verib.
Moderator.az xəbər verir ki, aktyorun atası Hacı Cümşüd vəfat edib.
Bu barədə saytımıza İlqar Cahangirin dostları məlumat veriblər.
Qeyd edək ki, Hacı Cümşüd həm də şəhid atası idi. Kiçik oğlu I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub.
Atasının vəfatı ilə əlaqədar olaraq başda İlqar Cahangir olmaqla, ailə üzvlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk. Uca Tanrıdan mərhuma rəhmət diləyirik.
Allah rəhmət eləsin!