Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstanın Marneuli bələdiyyəsinin ərazisində itkin düşən azərbaycanlının meyiti tapılıb.
Oxu.az Aktual.ge-yə istinadla xəbər verir ki, yanvarın 18-i Qızılhacılı kəndində ov məqsədilə evdən çıxaraq dağlıq əraziyə yollanan 83 yaşlı Fəhrəd Namazov itkin düşüb.
Bu gün səhər saatlarında yerli sakinlərin apardığı axtarışlar nəticəsində onun meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.