Bizi sosial şəbəkələrdən izləyin:
Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dəhlizinin tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.