Bir gecədə 6 qonşunun velosipedini oğurladı
Hadisə
227
10:14, Bu gün

Bir gecədə 6 qonşunun velosipedini oğurladı

Bakının Yasamal rayonunda talama cinayətləri qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, hadisələr zamanı ayrı-ayrı şəxsə məxsus 6 ədəd velosiped oğurlanıb.
 
Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuş 40 yaşlı R.Məmmədovu müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun bir gecədə eyni binada yaşayan 6 zərərçəkənin mənzillərinin girişində saxladıqları velosipedləri taladığı məlum olub.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər