Əməliyyatxanada narkotik əməliyyatı - İran vətəndaşının mədəsindən görün nə çıxdı
Hadisə
268
00:17, Bu gün

Əməliyyatxanada narkotik əməliyyatı - İran vətəndaşının mədəsindən görün nə çıxdı

Türkiyənin Malatya şəhərində Narkotik Cinayətlərinə Qarşı Mübarizə Şöbəsinin əməkdaşları V.M. adlı  İran vətəndaşışübhəli hərəkətlərinə görə saxlayıblar. Daha sonra həmin şəxsi Malatya Təhsil və Araşdırma Xəstəxanasına aparıblar.

Moderator.az xəbər verir ki, xəstəxanada çəkilən tomoqrafiya nəticəsində V.M.-nin mədəsində çox sayda kiçik cisimlərin olduğu aşkarlanıb.

Buna görə həmin şəxs barəsində dərhal cərrahi müdaxilə qərarı verilib. Əməliyyat zamanı Narkotik Şöbəsinin əməkdaşları da əməliyyat otağında cərrahiyyə əməliyyatını icra edən tibb heyətinin yanında müşahidə aparıb.

Aparılan əməliyyatla İran vətəndaşının mədəsindən çıxarılan cisimlərin metamfetamin olduğu müəyyən edilib. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən V.M., daha sonra palataya köçürülüb. Xəstəxanadan buraxılanda isə yenidən Narkotik Cinayətlərinə Qarşı Mübarizə Şöbəsinə təhvil verilib.

Araşdırmalar tamamlandıqdan sonra Malatya Məhkəməsi V.M. barəsində həbs qərarı çıxarı və o, həbsxanaya göndərilib.

Link kopyalandı!
Son xəbərlər