İcra başçısının müavininin əri yaydığı videoya görə üzr istədi - VİDEO
Hadisə
816
17:31, Bu gün

İcra başçısının müavininin əri yaydığı videoya görə üzr istədi - VİDEO

"TikTok" sosial şəbəkəsində sərxoş vəziyyətdə söyüş söyən və islam dinini məsxərəyə qoyan, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov vətəndaşlardan üzr istəyib.

Moderator.az-ın məlumatına görə, o bu barədə sosial şəbəkə hesabında yenidən canlı yayım açaraq, etdiyi hərəkətlərdən peşman olduğunu bildirib:

 

 

"Mən, Habil Qanboy oğlu Eyvazov "TikTok" sosial şəbəkəsində paylaşdığım videoya görə hər kəsdən üzr istəyirəm. Özüm namaz qılıb, oruc tutmasam da, həmişə Allaha inanmışam, mənəvi dəyərlərə hörmət etmişəm. İşlətdiyim ifadələri spirtli içkinin təsiri altında olduğum üçün demişəm. İzləyicilərdən və din əhlindən üzr istəyirəm".

Xatırladaq ki, bu videodan sonra Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova ərizə yazaraq vəzifəsindən istefa verib.

Link kopyalandı!
Son xəbərlər