Goranboyda avtomobil çaya aşıb, xəsarət alan var
Hadisə
315
17:15, Bu gün

Goranboyda avtomobil çaya aşıb, xəsarət alan var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, hadisə rayonun Əlirzalı kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxaraq ərazidən keçən İnçə çayına aşıb. Avtomobil həmçinin yaxınlıqdakı qaz xəttinə çırpılıb, xətt zədələnib.

Sürücü 1988-ci il təvəllüdlü Z.Muradov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər