Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Hadisə
256
17:07, Bu gün

Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda qardaşı oğlunu öldürməkdə ittiham olunan Babək İbadovun cinayət işinin məhkəməsi başlayıb.

Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Babək İbadov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Təqsirləndirilən ittiham aktı ilə tanış olmadığından cinayət işinin məhkəmə baxışına verilməsi təxirə salınıb.

Məhkəmənin növbəti iclası yanvarın 26-na təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci il noyabrın 4-ü saat 1 radələrində Nəsimi rayonunun Bəşir Səfəroğlu küçəsində baş verib.

Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən, mərhumun əmisi, 1987-ci il təvəllüdlü Babək İbadov tutulub.

Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Link kopyalandı!
Son xəbərlər