Bakıda dönərxanadakı yanğın söndürüldü - YENİLƏNİB
Hadisə
235
18 Jan 2026 | 21:50

Bakıda dönərxanadakı yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Səbail rayonu, Sahil metrosunun yaxınlığında yerləşən dönərxanada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Moderator.az - a FHN-dən bildirilib. 

21:10

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Sahil metrosunun yaxınlığında dönərxanada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. 

Moderator.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. 

Əlavə məlumat veriləcək.

Link kopyalandı!
Son xəbərlər