Binəqədidə avtomobil və motosiklet qaçıran şəxslər saxlanıldı
Hadisə
176
15:45, Bu gün

Binəqədidə avtomobil və motosiklet qaçıran şəxslər saxlanıldı

Paytaxtın Binəqədi rayonunda bir nəfər “VAZ-21011” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Moderator.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Sultanzadə saxlanılıb, avtomobil sahibinə qaytarılıb.
 
Həmçinin rayon ərazisində motosiklet oğurlamaqda şübhəli bilinən İ.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Araşdırmalar davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər