Şəmkirdə 33 yaşlı kişi hündürlükdən yıxılaraq öldü
Hadisə
186
12:38, Bu gün

Şəmkirdə 33 yaşlı kişi hündürlükdən yıxılaraq öldü

Şəmkirdə bədbəxt hadisə baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Yuxarı Seyfəli kəndində qeydə alınıb.
 
Kənd sakini, 1993-cü il təvəllüdlü A. Məmmədov evin həyətində yerləşən tövlənin dam örtüyündən ot bağlaması düşürərkən pilləkəndən yıxılıb. Nəticədə o, başını beton səthə çırpıb.
 
Ağır kəllə-beyin travması alan 33 yaşlı kişi dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər