Samuxda marketdən oğurluq edən şəxs saxlanıldı
Hadisə
165
10:30, Bu gün

Samuxda marketdən oğurluq edən şəxs saxlanıldı

Samux rayonu Lək kəndində yerləşən mağazaların birinə 2000 manat dəyərində tütün məmulatı oğurlanıb.
 
Moderator.az xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Elşad Məmmədov saxlanılıb.
 
Onun marketdən oğurluq etməsi anbaan kameralar vasitəsilə də lentə alınıb. E.Məmmədovdan narkotik vasitə olan marixuana da aşkarlanıb.
 
Araşdırma davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər