23:48
4°C
Bakı
Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən "Fərid" şadlıq sarayında qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü R.Ələkbərov iki bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib və vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, hadisə gəncin iştirak etdiyi toy mərasimi zamanı baş verib.
Hadisənin baş vermə səbəbləri hələ məlum deyil. Əraziyə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.