17:08
6°C
Bakı
Naxçıvan şəhərində baş verən qəzada 3 nəfər xəsarət alıb.
Moderator.az xəbər verir ki, Naxçıvan şəhərinin Xətai məhəlləsində baş verən qəzada "KIA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrut toqquşub.
Qəza zamanı Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhraman qızı, 1987-ci il təvəllüdlü Qafarova lamjyə Rüfət qızı və 1981-ci il təvəllüdlü Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının acil şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.