Cəlilabadın kəndində məktəb olmadığı üçün şagirdlərdən 25 manat yolpulu istəyirlər - İDDİA
Hadisə
137
13:10, Bu gün

Cəlilabadın kəndində məktəb olmadığı üçün şagirdlərdən 25 manat yolpulu istəyirlər - İDDİA

Cəlilabadın Uzuntəpə kəndində yaşayan şagirdlərin dörd nömrəli məktəbə getməkdə çətinlik çəkdiyi iddia olunur.

Moderator.az-ın məlumatına görə, təhsil müəssisəsinin yaşayış məntəqəsində xeyli uzaqda yerləşdiyi və şagirdlərin uzun məsafə qət etməyə məcbur qaldıqları vurğulanır.

Bildirilib ki, taksilər şagirdləri məktəbə aparıb-gətirmək üçün 25 manat tələb edir ki, bu da ailələrin əksəriyyəti üçün əlçatan deyil.

Məktəbin özünün də nəqliyyat vasitəsinin olmadığı bildirilib.

Problemin hansı səbəblərdən qaynaqlandığı məlum deyil.

Məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər