Goranboyda maşın aşdı - 3 nəfər xəsarət aldı
Hadisə
316
10:25, Bu gün

Goranboyda maşın aşdı - 3 nəfər xəsarət aldı

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Börü kəndində gedən yolda qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.
 
Qəza zamanı 3 nəfər 1998-ci il təvəllüdlü F.Əliyev,1971-ci il təvəllüdlü T.Əliyeva və 1989-cu il təvəllüdlü S.Şadmanova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
 
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər