Rusiya vətəndaşı Pirşağıda faciəli şəkildə öldü
Hadisə
146
10:05, Bu gün

Rusiya vətəndaşı Pirşağıda faciəli şəkildə öldü

Yanvarın 15-də saat 22:20-də Pirşağı qəsəbəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, 2003-cü il təvəllüdlü, Rusiya vətəndaşı Emil Elşən oğlu Ələkbərovun idarə etdiyi "Haojue HJ150-6" markalı motosikletlə 1996-cı il təvəllüdlü Əli Allahverdi oğlu Yasanovun idarə etdiyi "Hyundai HD-65" markalı yük avtomobili toqquşub.
 
Hadisə nəticəsində motosikletin sürücüsü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər