01:14
0°C
Bakı
Gəncədə qohumlar arasında dava düşüb.
Moderator.az xəbər verir ki, çay kənarında qohumlar arasında başlayan mübahisə sonradan əlbəyaxa davaya çevrilib.
İlkin məlumata görə, dava zamanı 1985-ci il təvəllüdlü Etibar Nuriyev və onun oğlu 17 yaşlı Ə.Nuriyev müxtəlif bədən xəsarətləri alıb.
DİN-in regional qrupundan bildirildi ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.