Oğuzda ağac kəsilməsinə görə cinayət işi başlanıb
Hadisə
200
19:40, Bu gün

Oğuzda ağac kəsilməsinə görə cinayət işi başlanıb

Oğuzda ağac kəsilməsinə görə cinayət işi başlanıb.

DİN-in Mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, Oğuz rayonunun Padar kəndində palıd növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Keyti Həsənov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Link kopyalandı!
Son xəbərlər