21:46
2°C
Bakı
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az-ın məlumatına görə, şəhər ərazisində "Chevrolet" markalı minik maşını sərnişin avtobusuna çırpılıb. Nəticədə minik maşınının sürücüsü 2006-cı il təvəllüdlü R.Süleymanov xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.