Culfada avtomobil qaz xəttinə çırpılıb, beş kənd qazsız qalıb
Hadisə
228
18:08, Bu gün

Culfada avtomobil qaz xəttinə çırpılıb, beş kənd qazsız qalıb

Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonunda avtomobilin qaz xəttinə çırpılması nəticəsində beş kənd qazsız qalıb.

Moderator.az-ın məlumatına görə, Culfa rayon Milax kəndində avtomobil d-100 mm-lik orta təzyiqli qaz xəttində qəza törədib.

Təhlükəsizlik səbəbilə rayonun beş kəndində (Milax, Teyvaz, Ərəfədə, Ləkətağ və Boyəhməd ) 545 abonentin təbii qaz təchizatı dayandırılıb.

Qazın verilişinin gün ərzində bərpa olunması planlaşdırılır.

Link kopyalandı!
Son xəbərlər