Kişi və qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
Hadisə
245
17:05, Bu gün

Kişi və qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb

Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.

Moderator.az-ın məlumatına görə, hadisə rayonun Qarabağ kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, avtomobili işlək vəziyyətdə saxlayaraq yatan şəxslər - 1977-ci il təvəllüdlü Bayram Hətəmov və onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Vüsal Hətəmli dəm qazından boğulublar.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər